Gözlənilən baş verib – Çin Qran Prisinin təşkilatçıları uzunmüddətli müqavilə danışıqlarından sonra Formula 1-in rəhbərliyi ilə razılığa gəliblər.
Bu gün verilən rəsmi açıqlamaya görə, gələn ilin sonunda başa çatacaq müqavilənin müddəti daha 5 il uzadılıb. Bu o deməkdir ki, Formula 1 ən azı 2030-cu ilin sonuna kimi Şanxay trasına gələcək.
Pandemiya səbəbindən uzun müddət Formula 1-i qəbul edə bilməyən Çin bu il təqvimə qayıdıb vəQuanyu Çjou ilk dəfə öz ölkəsində yarışıb.
2025-ci ildə Çin Qran Prisi 21-23 mart tarixlərində keçiriləcək və bu yarış Avstraliya Qran Prisindən bir həftə sonra baş tutacaq. Yarış gələn il də sprint formatında təşkil ediləcək. Quanyu Çjou gələn mövsüm Formula 1-də yarışmasa da, Çin Qran Prisi təqvimdə qalmağa davam edəcək.
Şərh əlavə et