Kokpit.az xatırladır ki, Mercedes komandasının sürücüsü bu mövsüm iki yarış qazanıb və hazırda 6-cı yerdədir.
Corc Rassell: “Lyuis Həmiltonun ayrılışı çox şeyi dəyişməyəcək. Formula 1-də yeddinci mövsümümə girirəm və Dünya Çempionluğu uğrunda mübarizəyə hazıram. Lyuisdən çox şey öyrəndim, amma öz performansımdan çox razıyam.
Belçikada maşınımın çəkisi normadan az olmasaydı və yarışı qazandıqdan sonra diskvalifikasiya olunmasaydım, hazırda Lyuisi 40 xal qabaqlayırdım.
McLaren ilə çempion ola bilərdim. Maks son 12 yarışda sadəcə 1 dəfə qalib gəldi. Buna görə də onu geridə qoymaq asan idi. Maks ilə Norris arasındakı fərq fürsətləri dəyərləndirməsidir. Amma bu il onu məğlub edən rəqib tapılmadı. Norris çox xalı zibil qabına atdı. Buna görə də Maks möhtəşəm sürücülüyü ilə çempionluğu vaxtından əvvəl qazandı.
Red Bull ilə də çempion ola bilərdim, çünki mövsümün əvvəlində ən sürətli maşın onlarda idi. Serxio Peres belə bir neçə yarışda ikinci yeri tutdu. Amma mövsümün ikinci yarısında Red Bull ən sürətli üçüncü komanda oldu”.
Şərh əlavə et