Kokpit.az xatırladır ki, mövsümün son yarışı Əbu Dabidən əvvəl McLaren ilə Ferrari arasındakı fərq 21-ə düşüb.
Mika Həkkinen: “Bu həftəsonunun ən böyük sualı Mühəndislər Kubokunu kimin qazanacağıdır. Sabiq komandam McLaren ilə Ferrari mübarizə aparır və aralarındakı mübarizə bu həftəsonu başa çatacaq.
Mühəndislər Kubokunu qazanan komanda 1.6 milyard dollar dəyərindəki pul mükafatını alacaq. İki komanda arasında 21 xal fərq var və bazar günü yarışı qələbə dublu ilə bitirib, sürətli dövrəni vurmaq mümkündür. Əlbəttə, Ferrari mükəmməl nəticə qazanıb, McLaren-in problem yaşamasına ümid edəcək.
Maks Ferstappen Əbu Dabidəki son 4 yarışı qazansa da, Ferrari son illərdə ən azından sıralanma turunda rəqabətədavamlı olub. Maks Ferstappen Qətərdə qazandığı və son dörd Əbu Dabi yarışında qələbə əldə etdiyi üçün bu yarışda da favorit ola bilər. Mənə elə gəlir ki, podiumda bir Ferrari, bir McLaren pilotu olacaq və McLaren çempionluğu qazanacaq”.
Şərh əlavə et