Kokpit.az xatırladır ki, Alpine komandası mövsümün son yarışı Əbu Dabi Qran Prisində Esteban Okonun əvəzinə Cek Duhəni yarışdıracaq.
Oliver Ouks: “Belə bir yarışda Formula 1 maşınına oturmaq heç də asan deyil, elə deyil mi? Ancaq əlimizdə Oliver Bermanın Ciddə yarışındakı performansı kimi bir nümunə var. O çox yaxşı performans idi. Kimi Antonelli-nin Montsada qarşılaşdığı təzyiq kimi məqamlar da olur. Cek buna öz tərzində nəzarət etməlidir. Həftəsonuna birinci və ikinci sərbəst yürüşlərdə yavaş-yavaş öyrəşə bilər.
Alpine komandası Oskar Piastri hadisəsinə görə tənqid olunsa da, gənc sürücü yetişdirməkdə çox yaxşıdır. Cek də bu yoldan keçdi və özünü inkişaf etdirdi. Buna görə də əminəm ki, bu şansa hazırdır”.
Qeyd edək ki, Cek Duhən Əbu Dabi Qran Prisində ehtiyat sürücü nömrəsi olan 61 ilə çıxış edəcək. Gələn il isə onun 7 nömrə ilə yarışacağı dəqiqləşib.
Şərh əlavə et