Kokpit.az xatırladır ki, McLaren sonuncu Las Veqas yarışında geridə qalsa da, “narıncılar”ın Qətər Qran Prisində daha güclü olması gözlənilir. Britaniya komandası Qətərdəki yarışdan əvvəl Mühəndislər Kubokunda ən yaxın izləyicisi Ferrari-ni 24 xal qabaqlayır. Buna görə də Luseyldəki bu yarış çempionatda çox şeyə aydınlıq gətirə bilər.
Mika Həkkinen: “Luseyl trası yülsək sürətin, sürətli döngələrin və əylənmə zonalarının azlığı ilə fərqlənir. Mercedes bu trasın maşınları üçün əlverişli olduğuna əmin olsa da, McLaren, Ferrari və Red Bull-un qələbə uğrunda mübarizə apara biləcəyinə inanıram.
Dünya Çempionunun kim olduğu çoxdan dəqiqləşib, amma Mühəndislər Kubokunda gərgin mübarizə davam edir. Formula 1-dən alınan pul miqdarı, Mühəndislər Kubokunda tutduğunuz yerə görə dəyişir. McLaren və Ferrari arasında sadəcə 24 xal fərq var. Britaniya komandası liderliyini qoruya bilər, amma ciddi problemlərlə üzləşmə ehtimalı da var.
Eyni zamanda Mühəndislər Kubokunda altıncı yer uğrunda çox gərgin mübarizə var. Üç komandanı – Haas, Alpine və RB-ni sadəcə 4 xal ayırır. Onlardan biri növbəti mövsüm üçün 30 milyon dollar daha çox pul mükafati qazanacaq.
Maks onsuz da Dünya Çempionluğunu təmin edib. Buna görə də artıq rahat yarışa bilər və daha az risk almağı nəzərə alar. Amma onun maşını qələbə qazanmağa imkan versə, qalibiyyətlər almağa davam edəcək. Keçən il də Qətər yarışını qazamışdı, ancaq əsl mübarizə McLaren və Ferrari komandalarının sürücüləri arasında gedəcək.
Şərh əlavə et