Kokpit.az xatırladır ki, Lando Norris Braziliya yarışına pouldan başlasa da, yekunda 6-cı yeri tutub. Onun çempionatdakı əsas rəqibi Maks Ferstappen isə 17-ci yerdən başladığı yarışda qalib gələrək, Norrislə fərqi 62-yə qaldırıb. Niderlandlı sürücü növbəti Veqas yarışında çempionluğunu elan edə bilər.
Martin Brandl: “Lando özünü təkmilləşdirməlidir. Əlbəttə, bəzi əla qələbələr qazandı, amma Dünya Çempionluğu üçün mübarizə aparmaq təcrübəsi yox idi və məncə, bu il bunu öyrəndi.
Tras üzərində çox qəddar olan Maksa qarşı mübarizə aparırsınızsa, qatil instinktiniz olmalıdır və Landoda bu yoxdur. Ancaq Lando bu mövsümdən çox şey öyrənəcək. Maksın ilk 10 yarışdan 7-də qalib gəlməsi onu doğrudan da əlçatmaz etdi.
Landonun çempionluğu üçün bu il Maksdan hər yarış üstün olmaq lazım idi. Amma Braziliya yarışından sonra çempionluq uğrunda mübarizə böyük ölçüdə sona çatdı. Təbii ki, son yarışlarda qəribə hallar yaşana bilər”.
Şərh əlavə et