Ferstappen-in seçimi onun avtoidmanın irsinə olan dərin hörmətini əks etdirir. Bu trasların hər biri sürücüləri limitlərdə sürməyə məcbur edən unikal çətinliklər təqdim edir.
Təəssüf ki, niderlandlı sürücünün sevimli traslarından ikisi 2026-cı ildə F1 təqvimindən çıxarılacaq, üçüncüsü isə 2027-ci ildən etibarən növbəli şəkildə istifadə olunacaq.
Formule1 Magazine nəşrinə müsahibə verən Maks Ferstappen bildirib: “Məncə ‘xüsusi statusa’ layiq olan və tamamilə idman baxımından hər zaman təqvimdə yer almalı olan traslar Spa-Frankorçamps, Zandfort, Silverstoun, Imola, Suzuka və Braziliyadır.”
Həm Ferstappen-in “ev trası” olan Zandfort, həm də İmola ilə Formula 1 arasında müqavilə hələ yenilənməyib. Spa-Frankorçamps isə 2026 və 2027-ci illərdə təqvimdə qalacaq, daha sonra isə başqa bir Avropa trası ilə növbəli şəkildə istifadə olunacaq.
Ferstappen tarixi əhəmiyyətli trasların qorunmasının tərəfdarı olsa da, dünyanın ən əfsanəvi və təhlükəli traslarından biri olan Nürburgring Nordşlayfda Formula 1 yarışlarının yenidən keçirilməsi ehtimalı barədə də danışıb.
Almaniyanın bu trası sonunxj dəfə 1976-cı ildə Formula 1 yarışını qəbul etmişdi. Həmin yarışda Niki Lauda çox ağır qəza keçirmiş və bu da 21 kilometrlik “Yaşıl Cəhənnəm”in nə qədər riskli olduğunu açıq şəkildə göstərmişdi.
Ferstappen bu yaxınlarda həmin trasda GT3 avtomobili ilə dövrə vurub və bu təcrübədən zövq aldığını desə də, müasir Formula 1 bolidlərinin Nordşlayfa qayıdacağı fikrini açıq şəkildə rədd edib: “Hazırda sürdüyümüz Formula 1 maşınları ilə orada yarışmaq, həqiqətən də mümkün deyil.
GT3 sürətində bu hələ də mümkündür və qəbulediləndir. Bəzən köhnə görüntülərə baxıram — Formula 1-in Nordşlayfda yarışdığı dövrlərə… Bir şey qətidir: F1 orada bundan sonra heç vaxt olmayacaq. Bu, çox təhlükəlidir”.
Şərh əlavə et