Kokpit.az bildirir ki, Red Bull və Mclaren komandaları arasındakı texniki mübarizə hər yarış daha da artır.
Almaniya mətbuatının verdiyi xəbərə görə Red Bull komandası iddia edib ki, McLaren və bəzi komandalar təkərlərə su dolduraraq yarışlarda daxildən soyutma təmin edirlər.
İddiaya görə su təkər ventillərindən vurulur və kiçik miqdarda su təkərin temperaturuna təsir yaradır. FİA bu iddiaları təhlil edib və Amerika ilə Meksika yarışlarında şübhəli hal ilə rastlaşmadıqlarını açıqlayıb.
Digər tərəfdən bu cür şeyləri Pirelli texnikləri və FİA nümayəndələri varkən etmək çox çətindir. Pirelli və FİA mövzu barədə açıqlama verməyib.
Şərh əlavə et