Kokpit.az bildirir ki, ABŞ Qran Prisindən əvvəl Formula 1-də yeni texniki intiriqa üzə çıxıb. FİA müəyyən edib ki, bəzi komandalar bolidlərin ön bib yüksəkliyini qapalı sahədə tənzimləyir. Buna görə də FİA indidən işə başlayıb.
Son həftələrdə bir neçə komanda və FİA arasında bu barədə danışıqlar gedib. Bir komanda ön bib yüksəkliyini sıralanma və yarış arasında sazlayaraq, aerodinamika cəhətdən üstünlük qazanıb. Buna görə də digər komandalar narzılıqlarını bildiriblər.
Belə sazlanmanın hesabına komandalar sıralanma turunda bolidi daha aşağı yüksəkliyə sazlayırlar. Yarışda isə bolid daha ağır olduğu üçün sürüş yüksəkliyi seçilir. Bu isə sürücülərə böyük üstünlük verir.
Formula 1-in texniki reqlamentinə görə qapalı parkda ön bib yüksəkliyi daxil olmaqla aerodinamika quruluşunda dəyişiklik etmək yasaqdır. Sadəcə ön qanad sazlanmalarına icazə verilir və bolidin üzərində dəyişiklik edilsə, bunu stüardlar müəyyən etməlidir.
Bir komandanın bu qaydaları pozduöu ilə bağlı sübut olmasa da, FİA bu həftəsonu Ostində keçiriləcək yarışdan əvvəl ön bib yoxlamalarını gücləndirəcək. Buna görə də yeni möhürləmə prosedurları tətbiq ediləcək.
Şərh əlavə et