Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər Ostində kimə daha çox güvənir?

Unibet bukmeyker kontoru qarşıdan gələn ABŞ Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

İdarənin əməkdaşları sonuncu Sinqapur Qran Prisinin qalibi olan Lando Norrisi bu yarışda da əsas favorit hesab edirlər. Onun ən yaxın izləyicisi isə komanda yoldaşı Oskar Piastridir. Maks Ferstappen isə ilk üçlüyə qayıdıb – çox güman ki, buna Red Bull-un gətirəcəyi böyük yeniliklər paketi təsir edib.

Lando Norris – 1.90
Oskar Piastri – 5.50
Maks Ferstappen – 6.00
Şarl Lekler – 8.00
Karlos Sayns, Corc Rassell – 19.00
Lyuis Həmilton – 21.00

Bukmeykerlərin çempionluq siyahısına hələ də Maks Ferstappen başçılıq edir. Onun titulu əldə edəcəyinə olan inam daha böyükdür. Lakin Lando Norris xal fərqini azaltdıqca, ikilinin əmsalları da buna uyğun dəyişir…

Maks Ferstappen – 1.55
Lando Norris – 2.25
Şarl Lekler – 41.00
Oskar Piastri – 61.00
Lyuis Həmilton, Corc Rassell, Karlos Sayns – 3001.00

Çempionatda il ərzində vəziyyət o dərəcə dəyişib ki, bukmeykerlər Mühəndislər Kuboku üçün Red Bull-a simvolik minimal əmsal verirdilərsə, indi bunu McLaren üçün edirlər.

McLaren – 1.05
Red Bull – 10.00
Ferrari – 29.00
Mercedes – 301.00

Elçin Zodorov

Şərh əlavə et