Kokpit.az xatırladır ki, Lyuis Həmilton Formula 1-də 2007-ci ildə debüt edib. O, 2007-2012-ci illərdə McLaren Mercedes komandasında çıxış etdikdən sonra 2013-cü ildə Mercedes komandasına transfer olunub və karyerası ərzində ancaq Mercedes motorlu maşınlar sürüb. 39 yaşlı sürücü bu müddət ərzində 105 qələbə, 201 podium və yeddi Dünya Çempionluğu qazanıb. 104 poul qazanan Lyuis 100-dən artıq qələbə və poula sahib olan ilk sürücü kimi Formula 1 tarixinə düşüb.
Lakin yeddiqat Dünya Çempionu növbəti mövsümdən Ferrari komandasına keçəcək və 17 illik Formula 1 karyerasında ilk dəfə fərqli motorlu bolid sürəcək.
Hazırda Mercedes komandasında texni direktorluq edən Ceyms Əllison britaniyalı sürücü barədə danışıb və ona təriflər yağdırıb: “Lyuisin karyerası məncə, heç bir sürücü ilə müqayisə oluna bilməz. Onun bütün uğurları sadəcə bir motor istehsalçısı ilə, yəni Mercedes ilə olub. Bu da diqqəti cəlb edən dəyərdir.
Onunla artıq sonlara doğru yaxınlaşırıq və hər həftəsonu Lyuis üçün bir də təkrarlanmayacaq dönüm nöqtəsidir”.
Şərh əlavə et