Kokpit.az xatırladır ki, “narıncılar” mövsümün ikinci yarısında keçirilən 4 yarışdan 3-də qalib gəlib. Onlar sonuncu Sinqapur yarışında ən yaxın 1 və 3-cü yerləri tutublar. Lando Norris ikinci yerdəki Maks Ferstappenlə fərqi 30 saniyəyə qədər yüksəldib və ən asan qələbələrindən birini qazanıb.
Buna baxmayaraq Britaniya komandası arxayınlaşmaq niyyətində deyil və növbəti yarışlarda da inkişafı davam etdirmək niyyətindədir.
Andrea Stella: “Bu performansdan sonra təbiiki yenilik gətirməkdə bir az təmkinli davranacağıq. Ancaq prosesə güvənməliyik.
Təkmilləşdirdiyimiz bütün yenilikləri trasa gətirməmişdən əvvəl test edirik. Buna görə də planlarımızın dəyişəcəyinə inanmıram.
Formula 1-də geri çəkilsəniz, rəqibləriniz sizə çatar. Red Bull-un performansını gördük. Gözlənilməz bir trasda belə ikinci oldular. Ferrari də sürətli görünür. Buna görə də rəqabətədavamlı olmaq üçün aqressiv davranmalıyıq”.
Şərh əlavə et