Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Ferrari qazanmalı idi

Aston Martin komandasının Fernando Alonso bildirib ki, Sinqapur yarışında ən böyük favorit Ferrari olub və onlar yarışı mütləq qazanmalı idilər. 

Kokpit.az xatırladır ki, “qırmızılar” Sinqapurdakı həftəsonuna yaxşı başlamışdılar. Lakin şənbə günü onlar üçün əsl kabus kimi keçmişdi. Əvvəlcə sıralanma turunda Karlos Sayns yerində fırlanaraq, bariyerlərə çırpılmış və mübarizəni dayandırmışdı. Daha sonra isə Şarl Lekler təkərləri qızdırmaqda çətinlik çəkmiş və üstəlik sürətli dövrəsi silinmişdi. Yekunda italyan komandası yarışa 9 və 10-cu yerdən başlamalı olmuşdu. 

Yarışda isə Şarl Lekler finiş xəttini 5-ci, Karlos Sayns isə 7-ci yerdə keçib. Fernando Alonso isə yarışı 8-ci yerdə bitirib və son 5 yarışdan 4-cüsündən xalla ayrılıb.

Fernando Alonso yarışdan sonra bildirib ki, həftəsonu ərzində Aston Martin AMR24-ün potensialından daha artıq performans göstərib: “Əsasən ilk dörd komandanın arxasında, doqquzuncu və onuncu yerlər üçün mübarizə aparırıq. Səkkizinci olmaq ən yaxşı xəyallarımızdan biridir. Bir Ferrari-dən iki saniyə geridə qalaraq, səkkizinci olduq. Buna görə də daha yaxşı nəticə qazana bilərdinmi, bilmirəm”.

Fernando Alonso düşünür ki, Ferrari komandasının sürücüləri yarışa daha yaxşı yerdən başlasalar, qalib gələ bilərdilər: “Ferrari bu yarışı qazanmalı idi. Bu həftəsonu ən sürətli maşın onlarda idi”.

Rauf Hacıyev

Şərh əlavə et