Xəbəri Kokpitdə Oxuyun!

K.Horner: McLaren bizimlə məzələndi

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, McLAren komandası Sinqapur yarışında üstünlüklərini göstərib və onlarla məzələnib.

Kokpit.az xatırladır ki, Lando Norris Sinqapur yarışı ərzində Maks Ferstappenlə fərqi bir ara 30 saniyəyə qədər qaldırmışdı. Lakin finiş xəttini keçəndə aradakı fərq 20 saniyə idi.

Yarış ərzində Lando Norris komandası ilə radiodan danışırdı. Bu anda fərq bir neçə saniyə idi və britaniyalı sürücü 6-cı sürətdə getdiyini dedi. Komandası isə ona “Tamam. Əgər mümkündürsə, yarışın ortalarında Maks ilə 5 saniyə fərq açmağını və sürətlənməni istəyirik” dedi. Bundan sonra Norris bir az da sürətləndi. 8-ci dövrənin sonunda fərq 2.6 saniyə olduu halda, 3 dövrə ərzində 5 saniyəlik üstünlük qurdu. Bu anlarda o, Maksdan dövrə başına 1 saniyə sürətli idi.

Red Bull bu tempə qarşılıq verə bilmədi və Ferstappen 29-cu dövrədə pit-stopa gedəndə liderlə fərq 24.7 saniyə idi. Norrisin bu performansı əslində McLaren-in nə qədər üstün olduğunu göstərirdi.

Yarışdan sonra danışan Kristian Horner isə çox emosional cavab verib: “Bəli, onlar bizimlə bir az məzələndi, amma bunu rəsmi olaraq deməməliyəm” – deyə zarafat edib. O, sözlərinə belə davam edib: “O anda o təkərlərlə tampi yüksək idi. O nöqtədə sürət cəhətdən ona uduzduq və yarışı əldən verdik.

Sözün açığı Norris divara təmas etdi, sonra ikinci dəfə təmas etdi. Amma bunlardan qurtuldular. Əslində Maksın güclü yarış keçirdiyini düşünürəm Bir neçə həftə əvvəl harada olduğumuzu düşünsək, doğrudan da inkişaf etdiyimizi düşünürəm. Amma məlumdur ki, Ostindən əvvəl görüləsi çox işimiz var”.

Birinci pit-stopa qədər Red Bull elə də güclü görünmürdü. Lakin Hard təkərlər keçdikdən sonra Red Bull ilə McLaren-in templəri yaxın olub. Bu hal Avstrriya komandasını cəsarətləndirib.

Kristian Horner: “Birinci pitə qədər çox sürətli idilər. Məncə, Hard təkərdə daha yaxşı vəziyyətdə idik. Amma əlbəttə ki, o vaxta qədər aradakı fərq çox böyümüşdü və bu trasda ötmə etmək də çox çətindir”.

Rauf Hacıyev

Şərh əlavə et