Kokpit.az xatırladır ki, niderlandlı sürücü Marina Baydakı yarışı başladığı kimi – ikinci yerdə bitirib. Beləliklə, o, Niderland yarışından sonra ilk dəfə podium qazanıb.
Yarışdan sonra danışan Maks Ferstappen Sinqapurda gözlədiklərindən yaxşı olduqlarını və ikinci yerdən razı qaldıqlarını bildirib: “Əlimdən gələnin ən yaxşısını etməyə və tempimi yarışın sonuna qədər qorumağa çalışdım. İlk pitə qədər bizim üçün çətin keçdi. Təkərlərdə bir az yeyilmə oldu. Amma pitdən sonra hər şey yaxşı idi.
Çətin həftəsonu gözləsək də, ikinci yeri turdum və bu, böyük uğurdur.
Əlbəttə, ikinci yerə görə sevinməməliyik və daha da inkişaf etməliyik. Biz də bunu etməyə çalışacağıq”.
Sinqapur yarışından sonra Lando Norris Maks Ferstappenlə xal fərqini 52-yə endirib. Niderlandlı pilot bu barədə belə danışıb: “Bu hal sürətlə dəyişə bilər. Bəxtimizi yenə sımamalı və vəziyyəti xeyrimizə dəyişməyə çalışmalıyıq”.
Şərh əlavə et