Xəbəri Kokpitdə Oxuyun!

Maşın motorları keçmişdə niyə daha güclü idi?

Niyə köhnə avtomobillərin at gücləri indiki modellərdən qat-qat yüksəkdir? Biz əsas səbəbləri dəyərləndirdik. 

Yeni model avtomobillər haqqında düşünün və indi onların at güclərini köhnə avtomobillərlə müqayisə edin. Xüsusən də köhnə Amerika avtomobilləri ilə… Sizcə, ciddi fərq yoxdur? Təbii ki, bunun arxasında müəyyən səbəblər var. Əminik ki, razılaşacaqsınız.

Bu səbəblərdən ən mühümü emissiya məhdudiyyətləridir. İndiki dövrdə avtomobil istehsalçıları ciddi emissiya standartlarına riayət etməlidirlər. Bu da təbii ki, mühərriyin işində özünü göstərir.

Bundan başqa istehsalçılar müasir dövrdə bəzi idman modelləri istisna olmaqla, yanacaq qənaətini artırmağı hədəfləyirlər. Əvvəllər istehsalçıların belə qayğıları az idi və istehsalçılar performansa daha çox diqqət yetirə bilirdilər.

Onu da xatırladaq ki, köhnə avtomobillər daha ağır idilər və təbii ki, buna görə də güclü mühərriklər lazım idi. Nəqliyyat vasitələrinin sürətlənmə və performans baxımından güclü olması üçün yüksək at gücü tələb olunurdu.

Xülasə, müasir avtomobillərdə yanacaq qənaəti, emissiya və ətraf mühit faktorları daha çox əhəmiyyət kəsb edir.
Bu, yüksək at gücünə malik avtomobillərin qarşısında ən böyük maneədir.

Rauf Hacıyev

Şərh əlavə et