Kokpit.az bildirir ki, həmin “kimsə” avtoidmanın ən populyar şəxslərindən olan FİA prezidenti Muhammed bin Sulayemdir. Sözügedən sənət əsəri Chimera adlandırılır. Bu eksklüziv maşın gövdəsini Agera RS-dən, mühərrikini Jesko-dan, ötürmələr qutusunu isə CC850-dən alıb.
Bu ideya Sulayemin şəxsən şirkətin rəhbəri Kristian von Kyöniqseqə öz Agera RS maşınına yeni “ürək implantasiyası edilməsi” təklifindən sonra yaranıb. O, həm də CC850-dən olan ötürmələr qutusunu çox bəyənib. “Bəs nəyə görə ərəb missioner CC850 və ya Jesko almağı düşünməyib?” sualı insanı düşündürür, lakin bunu da edib. Sülayem həmin modellərin də sifarişçisidir və Koenigsegg-in sadiq müştərisidir. Lakin o dünyada yeganə olan maşına sahib olmağın həzzini yaşamaq istəyir.
Maşına Jesko-da olan 5 litrlik tvin-turbo mühərrik yerləşdirilib ki, 95 oktanlı yanacaqla 1280, E85 yanacağı ilə isə 1600 at gücü əldə etmək mümkündür. Üstəlik, bu maşın Jesko-dan 100kq daha yüngüldür. Ötürmələr qutusu isə 9 pilləli avtomatik olmaqla yanaşı, 6 pilləli mexaniki seçim bəxş edir – bu dahicədir.
Son olaraq, maşın öz adını yunan mifologiyasından alıb, mənasının aslan başı, keçi bədəni və ilan quyruğu olan bir canavar olduğunu nəzərə alsaq, ad seçimini də mükəmməl hesab etmək olar.
Şərh əlavə et