Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Mənim qərarım idi

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, keçid təkərlərinə gec keçmə qərarını özü verib.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü keçid təkərlərinə komanda yoldaşı Ləns Strolldan 1 dövrə sonra keçib. O anda tras yaş olduğu üçün ikiqat Dünya Çempionu çox vaxt itirib və yekunda komanda yoldaşı Lənsdən geri qalaraq səkkizinciliyə razı olub.

Fernando Alonso: “Yarış yaxşı keçdi

Normala qayıtdığımızı düşünürəm. Ən sürətli beşinci ya da altıncı komanda idik. Məncə, Niko bütün həftəsonu ərzində çox sürətli idi. amma xal üçün mübarizə apardıq. Yeddinci və səkkizinci yer demək olar ki, İmola ilə eynidir. Yəni ki, normal yerimizə geri qayıtdıq. Buna görə sevincliyik.

Avstriyadan sonra özümüzə gələ bildik. Bəlkə də, bolidin doğru yöndə olmadığı anladıq. Dediyim kimi yenidən xal zonasına qayıtdığımız üçün sevincliyik. Özümü artıq daha rəqabətədavamlı hiss edirəm.

Bəzi təkər dəyişikliklərini anlamaq asan deyildi. Buna görə də çətin yarış oldu. Keçid təkərlərini götürmək üçün çox gözlədim, amma tras çox quru idi. Belə olan halda keçid təkərləri bir neçə dövrəyə xarab olur. Buna görə də yağış yağanda daha yaxşı keçid təkərlərinə sahib olmaq üçün tez pit-stop etmədim. Yekunda yağış yağmadı. Yenə də sınadım, amma sonda işə yaramadı. Bəzən şansa ehtiyacınız olur. Heyif ki, buna görə iki yer itirdik.

Bəli, gec pitə girmək mənim qərarım idi. Maşınlar arasında fərq azdır. Buna görə də dəyişkən havalarda pitə tez girib qazana da bilərsən, itirə də. Pit-stopdan sonra yağışın şiddətinə görə hər şey tərsinə də ola bilərdi. Yarışda bir yer itirdik, amma komanda üçün heç nə dəyişmədi. Buna görə çox sevincliyəm”.

Aston Martin komandası Macarıstan üçün yenilik hazırlayır. Fernando Alonso bu barədə belə danışıb: “Güclü olduğumuzu isbatlamalıyıq. Az danışmalı və sadəcə nəticələrə köklənməliyik. Bolidə çoxlu yeniliklər gətirdik və bəziləri yaxşı işlədilər. bəziləri isə yox. Ümid edirəm ki, Macarıstanda hər şey daha yaxşı olar.

Keçən il McLaren-in timsalında maşının performansının necə dəyişə biləcəyini gördük. Bu il də Mercedes komandası bizə nümunə olmalıdır. Yəni ki, bunun mümkün olduğu göstərən iki nümunəmiz var. Hər şey bizdən asılıdır”.

Rauf Hacıyev

Şərh əlavə et