Xəbəri Kokpitdə Oxuyun!

L.Norris komandasından narazıdır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, komandası Britaniya Qran Prisində əlindən gələn hər şeyi etməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Maks Ferstappenə keçilib. Lakin o, 20-ci dövrədə yağışın başlaması ilə liderliyə yüksəlib.

Lakin hava quruduqca sürücülər yenidən quru hava təkərlərinə keçiblər. Bu anda o, 4.5 saniyəlik yavaş pit-stop edib və liderliyi rəqibi Lyuis Həmiltona qapdırıb. Bundan sonra Maks Ferstappenə də keçilən Lando qalib gələ biləcəyi yarışda üçüncülüyə razı olub.

Lando Norris: “Hər şeydən əvvəl Lyuisi təbrik edirəm. Sondakı kritik anlarda çox yaxşı iş gördü. Sözün açığı çətin yarış idi, amma öndəki rəqiblərlə mübarizə aparmaqdan həzz aldım. Yenə də komanda olaraq əlimizdən gələni etdiyimizi düşünmürəm. Əlbəttə, özümü də günahkar görürəm. Bu yerdə bitirməkdən nifrət edirəm.
Yenə də sevincliyəm və bundan həzz alacağam. Hər şeyin mükəmməl getməsini istəyərədim, amma bu gün belə olmadı”.

Rauf Hacıyev

Şərh əlavə et