Xəbəri Kokpitdə Oxuyun!

Oskar Piastri cərimələnib

McLaren komandasının sürücüsü Oskar Piastri Emiliya Romanya yarışının startında 3 yer itirəcək və o, beləliklə yarışa ilk cərgədən başlamaq şansını itirib. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü İmoladakı sıralanma turunun birinci sessiyasında Kevin Maqnusseni əngəllədiyi üçün stüardlar tərəfindən araşdırılmağa başlanıb.

Steardlar araşdırmadan sonra anlayıblar ki, Piastri Maqnuusseni əngəlləyib və komandası avstraliyalı sürücüyə gec xəbərdarlıq verdiyi üçün iş işdən keçib. Qərardan sonra Lando Norris sabahkı yarışa ikinci, Şarl Lekler üçüncü, Karlos Sayns isə dördüncü yerdən başlayacaq. Oskar Piastri beşinci yerə geriləyib.

Rauf Hacıyev

Şərh əlavə et