Kokpit.az xatırladır ki, avstraliyalı sürücü İmoladakı sıralanma turunun birinci sessiyasında Kevin Maqnusseni əngəllədiyi üçün stüardlar tərəfindən araşdırılmağa başlanıb.
Steardlar araşdırmadan sonra anlayıblar ki, Piastri Maqnuusseni əngəlləyib və komandası avstraliyalı sürücüyə gec xəbərdarlıq verdiyi üçün iş işdən keçib. Qərardan sonra Lando Norris sabahkı yarışa ikinci, Şarl Lekler üçüncü, Karlos Sayns isə dördüncü yerdən başlayacaq. Oskar Piastri beşinci yerə geriləyib.
Şərh əlavə et