Kokpit.az xatırladır ki, həmin yeganə məşqlərdə Ləns Stroll hamıdan sürətli olub. Sprint sıralanma turunda və yarışında müvafiq olaraq, Lando Norris və Maks Ferstappen qalib gəliblər. Niderlandlı sürücü əsas yarışın sıralanma turunda da qalib gəlib və poul seriyasını davam etdirib.
Pirelli buraya orta üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Stroll, Həmilton, Tsunoda və Sarcent yumşaq, Maqnussen sərt, qalanları isə orta təkərlərlə start alıblar. Start düzümündə ilk cərgəni Red Bull sürücüləri, ikinci cərgəni Fernando Alonso və Lando Norris, üçüncü cərgəni isə Oskar Piastri və Şarl Lekler tutublar.
Startda Ferstappen liderliyini qoruyub. Alonso Peresi üstələyərək ikinci yerə qalxıb. Rassell hər iki Ferrari sürücüsünü geridə qoyub. Yerli qəhraman Çjou isə 3 mövqe itirib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Alonso – Peres – Norris – Piastri – Rassell – Lekler – Sayns – Stroll – Hülkenberq.
Elbon Qaslini, Stroll isə Hülkenberqi trasdan çıxarıb, lakin stüardlar heç bir cəza verməyiblər. Peres 5-ci dövrədə Alonsodan mövqeyini geri alıb. Fernando iki dövrə sonra da Landodan geri qalıb. Lekler Rasselli ötüb. 10-cu dövrədə Stroll, Bottas, Hülkenberq, Okon, Albon, Çjou və Həmilton təkərlərini dəyişiblər.
Lekler 11-ci dövrədə Piastrini arxada qoyub. 12-ci dövrədə Alonso, Rassell və Qasli pit-stop ediblər. Qaslinin maşınına qulluq edilərkən gecikmə yaşanıb. Sonrakı dövrələrdə Sarcent, Ferstappen, Peres, Rikkardo, Piastri, Sayns və Maqnussen də yeni təkərlərə keçiblər. Maks trasa qayıtdıqdan sonra hələ pit-stop etməmiş Norrisi qabaqlayaraq liderliyini yenidən bərpa edib.
Bottas 21-ci dövrədə güc qurğusundakı problemə görə trasda dayanıb. VTM rejimi elan edilib. Bundan istifadə edən Stroll, Həmilton və Norris dərhal pit yoluna üz tutublar. Bottasın maşınını kənara çəkmək mümkün olmayıb və TM trasa daxil olub. Bu dəfə də Ferstappen, Peres, Alonso, Rassell, Hülkenberq, Okon, Tsunoda, Albon, Çjou, Qasli, Piastri və Sarcent təkərlərini dəyişiblər. 25-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Lekler – Peres – Sayns – Alonso – Rassell – Piastri – Rikkardo – Stroll.
27-ci dövrədə yenidən start elan edilib. Ferstappen liderliyini qoruyub. Rikkardo iki mövqe itirib. Alonso beşinci yer üçün Saynzı məğlub edib. Stroll əyləcə basarkən Rikkardo ilə toqquşub və pitə yollanıb. Həmilton Okonu keçib. Maqnussenlə təmasda olan Tsunodanın asılqanı qırılıb və yarışı tərk etməli olub. TM yenidən trasa daxil olub.
Stroll və Maqnussen insidentlərə görə, Sarcent isə Təhlükəsizlik Maşınını ötdüyü üçün 10 saniyəlik cəza alıb. 32-ci dövrədə yenidən start verilib. Ferstappen liderliyini qoruyub. Hülkenberq və Həmilton Rikkardonu qabaqlayıblar. Daniel maşın zədələndiyi üçün sürət itirib və boksa gələrək yarışdan çəkilib.
Peres Lekleri ötərək üçüncü yerə qalxıb. Həmilton Hülkenberqi də keçib və 9-cu yerə qalxıb. Alonso 45-ci dövrədə yeni Medium təkərlərə keçib və trasda ən sürətli sürücü olub. Sürətlə rəqiblərinə yaxınlaşıb, Hülkenberqi, Pastrini və Həmiltonu geridə qoyub. İrəlidəki Rassellə fərqi azaldan Fernandoya ona yaxınlaşıb keçmək üçün vaxt kifayət etməyib. Yarışda başqa əlamətdar hadisə baş veürməyib.
Maks Ferstappen mövsümdə 4-cü, karyerasında isə 58-ci qələbəsini bayram edib. Bu dəfə mövsümdə ilk dəfə qələbə dublu olmayıb – Lando Norris McLaren üçün podiumun ikinci pilləsini qazanıb. Üçüncü yer isə Serxio Peresin olub.
Mübarizə iki həftə sonra Şanxayda davam edəcək…
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Maks Ferstappen | Red Bull | 1:40:52.554 | 2 |
2 | Lando Norris | McLaren | +13.773 | 1 |
3 | Serxio Peres | Red Bull | +19.160 | 2 |
4 | Şarl Lekler | Ferrari | +23.623 | 1 |
5 | Karlos Sayns | Ferrari | +33.983 | 1 |
6 | Corc Rassell | Mercedes | +38.724 | 2 |
7 | Fernando Alonso | Aston Martin | +43.414 | 3 |
8 | Oskar Piastri | McLaren | +56.198 | 2 |
9 | Lyuis Həmilton | Mercedes | +57.986 | 2 |
10 | Niko Hülkenberq | Haas | +1:00.476 | 2 |
11 | Esteban Okon | Alpine | +1:02.812 | 2 |
12 | Aleksander Elbon | Williams | +1:05.506 | 2 |
13 | Pyer Qasli | Alpine | +1:09.223 | 3 |
14 | Quanyu Çjou | Sauber | +1:11.689 | 3 |
15 | Ləns Stroll | Aston Martin | +1:22.786 | 4 |
16 | Kevin Maqnussen* | Haas | +1:27.533 | 2 |
17 | Loqan Sarcent** | Williams | +1:05.110 | 2 |
* – Kevin Maqnussenin nəticəsinə Yuki Tsunoda ilə insidentə görə 10 saniyə əlavə edilib.
* – Loqan Sarcentin nəticəsinə TM arxasında qaydaları pozduğuna görə 10 saniyə əlavə edilib.
Sürətli dövrə: Fernando Alonso (Aston Martin) – 1:37.810 (50-ci dövrə, 223.093 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Daniel Rikkardo | RB | 33 | qəza |
Yuki Tsunoda | RB | 27 | qəza |
Valtteri Bottas | Sauber | 21 | transmissiya |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 110 |
2 | Serxio Peres | Oracle Red Bull Racing | 85 |
3 | Şarl Lekler | Scuderia Ferrari | 76 |
4 | Karlos Sayns | Scuderia Ferrari | 69 |
5 | Lando Norris | McLaren F1 Team | 58 |
6 | Oskar Piastri | McLaren F1 Team | 38 |
7 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 33 |
8 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 31 |
9 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 19 |
10 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 9 |
11 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 7 |
12 | Oliver Birman | Scuderia Ferrari | 6 |
13 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 4 |
14 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 195 |
2 | Scuderia Ferrari | Ferrari | 151 |
3 | McLaren F1 Team | Mercedes | 96 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 52 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 40 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 7 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 5 |
Şərh əlavə et