Xəbəri Kokpitdə Oxuyun!

Banyaya yeni mövsümə qələbə ilə başlayıb

Qətərdə keçirilən mövsümün ilk yarışını Françesko Banyaya qazanıb. İkinci yeri KTM-də Bred Binder, üçüncü yeri isə Sprint yarışının qalibi Xorxe Martin tutub.

Kokpit.az xatırladır ki, Françesko Banyaya yarışa beçinci yerdən başlayırdı. Lakin o, elə startda bütün rəqiblərini geridə qoyaraq, dərhal liderliyə yüksəlib və bu üstünlüyünü yarışın sonuna qədər qoruyub.

Yarışın son dövrələrində Bred Binderlə Xorxe Martin arasında ikinci yer uğrunda mübarizə olsa da, ispaniyalı sürücü rəqibini keçə bilməyib və üçüncülüyə razılaşıb.

Gresini Ducati komandası ilə ilk yarışına çıxan Mark Markes isə bir ara podium uğrunda mübarizə aparsa da, sonda 4-cü olub.

Bu mövsüm MotoGP-də debüt edən və sprint yarışında 8-ci olan Pedro Akosta isə yenə diqqət mərkəzində olub. O, bir ara 4-cü yerə qədər yüksəlsə də, təkərlərinin yeyilməsinə görə sonradan geriləməyə başlayıb və yekunda 9-cu yeri tutub.

Yarışın əsas favoritlərindən olan aleş Esparqaeo isə pis start alaraq, gerilərə düşüb. O, təkərləri yaxşı qoruduğu üçün təkərə qarşı tələbkar olan Qətərdə əsas favoritlərdən idi. Lakin pis startdan sonra ispaniyalı sürücü uzun müddət 9-cu yerdə gedib. O, son dövrələrdə debütantt Pedro Akostanı keçərək, 9-cu yeri tutub.

Beləliklə, son iki ilin Dünya Çempionu Françesko Banyaya mövsümə qələbə ilə başlayıb. Bred Binder ikinci,  Xorxe MArtin üçüncü, Mark Markes dördüncü, Enea Bastyanini 5-ci, Aleks Markes isə 6-cı yeri tutub. Onları Fabio Di Canantonio, Aleş Esparqaro, Perdo Akosta və Maverik Vinyales izləyiblər.

2021-ci ilin Dünya Çempionu Fabio Kuartararo 11-ci, Yohan Zarko 12-ci, Xoan Mir 13-cü, Marko Bezzekki 14-cü, Migül Oliveyra isə 15-ci yerdlərdə qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et