Kokpit.az xatırladır ki, Koenigsegg Jesko Absolut 2020-ci ilin mart ayında təqdim edilib. Standart Jesko ilə müqayisədə, Absolut versiyasında arxa qanad yoxdur. Əvəzində avtomobilin üzgəcləri var və onların köməyi ilə gövdə daha az asfaltayatma qüvvəsi hasil edir, həm də daha az hava müqaviməti ilə qarşılaşır.
Asfaltayatma qüvvəsinin azalma kəmiyyəti isə heyranedicidir – 1400 kq-dan cəmi 150 kq-a. Koenigsegg-in iddiasına görə, lazımi şərtlər yerinə yetirilərlə və şərait yaradılarsa, bu canavar 560 km/saata qədər sürətlənə bilir ki, bu göstərici də onu dünyadakı ən sürətli hiperkar edir. Maşının aerodinamik analizinə 3000, dizayn və mühəndislik işlərinə isə 5000 saat sərf olunub.
Əlavə edək ki, isveçli hiperkar istehsalçısı bu yaxınlarda bəzi detalları qızılla işlənmiş Jesko Odin variantını də təqdim etmişdi.
Şərh əlavə et