Xəbəri Kokpitdə Oxuyun!

Koenigsegg Jesko-nu qızılla bəzəyib

Koenigsegg qızıldan eksklüziv Jesko hiperkarını hazırlayıb. Bu avtomobilin kuzovunu yaradarkən qızıl hissəcikləri olan lakdan istifadə edilib və ayrı-ayrı komponentlər – arxa qanadın uç lövhələri, işlənmiş ucluq, yan güzgülərin altlıqları və fərdi dekorativ elementlər 24 karatlıq xalis qızıldan hazırlanıb.

Avtomobil adı açıqlanmayan Koenigsegg müştərisi üçün yaradılıb, layihənin qiyməti də məlum deyil. Odin şirkəti avtomobilin qızıl elementlərinə cavabdeh idi və layihənin özü Jesko Odin adlanır.

Koenigsegg Jesko hiperkarı 2019-cu il Cenevrə avtosalonunda təqdim edilib. Avtomobil təxminən 1600 at gücünə malik beş litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilib və bu, 9-pilləli transmissiya ilə birləşdirilib.

Bildirilir ki, ən güclü konfiqurasiya olanJesko Absolut 480 km/saatdan yuxarı sürət yığa bilər və hətta nəzəri olaraq, uyğun şəraitdə bu avtomobil 530-560 km/saata qədər sürətlənməyə qadirdir.

Qeyd edək ki, Jesko modellərindən ümumi 125 ədəd istehsal edilməsi nəzərdə tutulub və qiyməti 3 milyon dollardan başlayır. Avtomobil şirkətin qurucusu Kristian von Köeniqseqin atası Jesko von Köeniqseqin şərəfinə adlandırılıb. Əsas dizayneri də məhz Kristiandır…

Elçin Zodorov

1 şərh