Kokpit.az xatırladır ki, meksikalı sürücü 2023-cü ildə gözləntiləri qarşılaya bilməmiş və onun komandadan qovulacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin Çeko mövsümün sonlarında bir az özünə gəlmiş və bu dedi-qodular azalmışdı. Lakin indi də belə söz-söhbətlər var ki, Red Bull komandası 2024-cü il mövsümünün ortasında Serxio Peresi göndərəcək və onun əvəzinə Daniel Rikkardonu gətirəcək.
Eddi Cordan: “Serxio 2023-cü il mövsümünə yaxşı başladı və bir neçə qələbədən sonra yüksəlişə keçdiyini düşündü. Lakin sonradan Maks performansını artırdı və karyerasının zirvəsinə yüksəldi. Maks hazırda hamı üçün arzuolunmaz komanda yoldaşıdır.
Hazırda Serxionun gələcəyi barədə çox söz-söhbət var. Ancaq mən inanmıram ki, o növbəti mövsüm komandadan göndərilsin. Gələn il üçün müqaviləsi var və Red Bull-da rəhbərliyin nə düşündüyünü bilirəm. Onlar çox şərəfli insanlardır. Yəni bunu müzamirə etməyə dəyməz. Serxio Peres növbəti mövsüm orada yarışacaq”.
Şərh əlavə et