Kokpit.az bildirir ki, sıralanma turunda sürücülərin nəticələri bir-birinə yaxın olub. Bun baxmayaraq, Maks Ferstappen poulu əldə edib. Son cəhdində gözəl dövrə vuran Lekler ikinci, McLaren komandasının debütant sürücüsü Oskar Piastri isə üçüncü olub.
Birinci Sessiya – Maks Ferstappen lider, Karlos Sayns mübarizəni dayandırır
Əbu Dabidəki sıralanma turunda havanın temperaturu sərbəst yürüşlərə nisbətən aşağı olub. Buna baxmayaraq, 20 sürücü də problem yaşamadan nəticələr göstəriblər.
İlk cəhdlərdən sonra Maks Ferstappen lider idi. İkinci yerdə isə gözlənilmədən də olsa, Aleks Elbon var idi. Sürücülər son cəhdlərinə çıxarkən hamının diqqəti Karlos Sayns və Serxio Peresdə idi. İki sürücü də son sıralarda idilər. Serxio Peres soncəhdində ikinci sessiyaya qalsa da, ispaniyalı sürücü 0.1 saniyə fərqlə 16-cı olaraq, mübarizəni elə ilk sessiyada dayandırıb.
Ferrari-nin 29 yaşlı sürücüsünə Kevin Maqnusse, Valtteri Bottas, Quanyu Çjou və ən yaxşı nəticəsi silinən Loqan Sarcent qoşulub.
İlk sessiyada Maks Ferstappen zirvədə olub. Bu trasda daha əvvəl üç dəfə qalib gəlmiş Maks 1.24.160 zaman nəticəsi göstərib. Serxio Peres ondan 0.049 saniyə geri qalaraq, üçüncü olub. Yuki Tsunoda isə üçüncü yeri tutub.
İkinci Sessia – Ferstappen yenə liderdir. Bu dəfə Həmilton sensasiyaya imza atır
İkinci sessiyanın əvvəlində bəzi sürücülər işlənmiş, bəziləri isə yeni təkərlərlə dövrələr vurublar. Maks Ferstappen ilk cəhdində 1.23.740 zaman nəticəsi gösətrib və bundan sonra boksa qayıdaraq, yenidən cəhd etməyib.
Sessiyanın qalanında digər sürücülər nəticələrini yaxşılaşdırsalar da, Ferstappenin nəticəsinə çatmaq olmayıb. Beləliklə, üçqat Dünya Çempionu bu dəfə də lider olub. Lando Norris ikinci, Şarl Lekler üçüncü, Corc Rassell dördüncü yerləri tutublar.
Lyuis Həmilton isə 11-ci olaraq, mübarizəni dayandırıb. Daha əvvəl bu trasda 5 dəfə qalib gəlmiş Lyuis bu dəfə hamını təəccübləndirib. Yeddiqat Dünya Çempionu ilə sessiyanı dayandıran sürücülər isə müvafiq olaraq belə sıralanıb – Esteban Okon, Ləns Stroll, Aleks Elbon, Daniel Rikkardo.
Lyuis sessiyadan sonra bildirib ki, maşında nə isə düzgün işləmir.
Üçüncü Sessiya – Maks Ferstappen yenə poulda, Şarl Lekler ikincidir
Sıralanma turunun ilk iki sessiyasından sonra poul uğrunda mübarizə Red Bull və McLaren sürücüləri arasında gözlənilirdi. Maks Ferstappen ilk cəhdinə təzə təkərlə çıxıb və 1.23.445 zaman nəticəsi göstərərək, zirvəyə oturub. Lando Norris ondan 0.371 saniyə geri qalaraq, ikinci, Oskar Piastri isə 0.504 saniyə geridə üçüncü olub.
Sessiyanın bitməsinə üç dəqiqə qalmış sürücülər ikinci cəhd üçün yenidən trasa çıxıblar. Piastri nəticəsini yaxşılaşdırsa da, Norris son cəhdində səhv edib. İkinci cəhdinə yeni dəst təkərlərlə çıxan Şarl Lekler isə möhtəşəm dövrə ataraq, ikinci olub. Ferstappen öz nəticəsini yaxşılaşdıra bilməsə də, liderliyini qoruyub və növbəti dəfə poul qazanınb.
Corc Rassell 4-cü, Lando Norris 5-ci, Yuki Tsunoda 6-cı, Fernando Alonso 7-ci, Niko Hülkenberq 7-ci, tras limitlərini aşdığı üçün sürətli dövrəsi silinən Serxio Peres 9-cu, Pyer Qasli 10-cu olub.
Mövsümün son yarışı Əbu Dabi sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Şərh əlavə et