Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabidə rekord gözlənilir

Bu həftəsonu Yas Marina 15-ci dəfə Formula1-ə evsahibliyi edəcək. Artıq hər iki titulun sahibinin müəyyənləşməsinə baxmayaraq, təşkilatçı yarışda rekord sayda tamaşaçı olmasını gözləyir.

Yarışın promouteri Ethara-nın icraçı direktoru Saif al Noaymi The Nationala müsahibə verib: “Biz yarışa hazırıq və son toxunuşlar artıq yerinə yetirilib. 15-ci Əbu Dabi Qran Prisi unikal hadisə olacağını vəd edir. Keçən il biz rekord göstərici əldə etmişik, bu il isə həmin rəqəmləri keçəcəyimizi gözləyirik.

2022-ci ildə yarış həftəsonu trası 140 min insan ziyarət etdi, lakin bu il biletlərə tələbat yenə çox yüksəkdir və təşkilatçılar hətta əlavə bölmələr əlavə etməklə tribunaların tutumunu artırmalı olublar. Buna görə də son yarışıda rekordu qıracağımızı demək olar”.

Əl Noayminin sözlərinə görə, pərəstişkarları üçün “maraqlı sürprizlər” olacaq və onun ətraf mühitə təsirini azaltmaq üçün trasda mühüm tədbirlər görülüb: “Biz bu yaxınlarda Yas Marina avtodromunda bütün proyektorları yeni LED işıqlandırma sistemi ilə əvəz etdik və ümumi enerji istehlakını 30% azaltdıq. Bu yeni sistem həm də həftə sonu hər gün xüsusi bir şey baş verəndə möhtəşəm işıq şousuna imkan verəcək və biz tamaşaçılara yaddaqalan təcrübə təqdim etmək üçün səbirsizlənirik.

Həftə sonu ərzində onu təqdim etməyə hazırlaşdığımız üçün hələlik heç bir təfərrüat verməyəcəyəm. Bundan əlavə, Etihad Parkı həftəsonu dörd günün hər birində dünya səviyyəli ifaçıların konsertlərinə ev sahibliyi edəcək”.

Qeyd edək ki, Yas Marinaya toplaşacaq azarkeşləri coşduracaq məşhurlar arasında Kris Braun və Şanya Tveyn kimi ulduzlar da var və həftəsonu Foo Fighters qrupunun çıxışı ilə yekunlaşacaq.

 

Elçin Zodorov

Şərh əlavə et