Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, nəticədən razıdır.
K.Sayns: Maşında çox zədə var
Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Sinqapur Qran-Prisinin sıralanma turunda etdiyi qəzaya görə boliddə çox problem yaranıb. Bundan başqa Karlos qəzadakı bütün məsuliyyəti öz üzərinə götürüb.
F.Alonso: 200 dəfə yarışsaq, 199-da 7-ci ola bilmərəm
Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, onun sıralanma turundakı sürəti Aston Martin-in güman etdiyindən çox olub.
Ş.Lekleri geri salan Ferrari olub
Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turunun son sessiyasında təkər qızdırma ilə bağlı problemlər yaşayıblar və bugünkü yarışda əsas hədəfləri podiumda olmaqdır.
Karlos Sayns araşdırılır
Sinqapur Qran Prisinin sıralanma turunda qəza edən Karlos Sayns trasda gəzdiyi üçün FİA tərəfindən araşıdırılır.
Həmilton nəticədən razıdır
Mercedes-in britaniyalı sürücüsü sıralanma turunda üçüncü yeri tutub.
M.Ferstappen: Maşın yaxşılaşır
Niderlandlı sürücü Zandfortdakı yarışdan sonra ilk dəfə ön cərgəyə qayıdıb.
L.Norris: Asan olmadı
Sinqapurda gərgin keçən sıralanma turunda Lando Norris hamını üstələməyi bacarıb.
Norris Sinqapurda pouldan start alacaq
Sinqapurda ötmələr çox çətindir. Geridə qalan 14 yarışda 9 dəfə pouldan başlayan sürücü qalib gəlib, digər hallarda isə ya hava şəraiti, ya da qəzalar buna mane olub.
Sprint yarışını Banyaya qazanıb
MotoGP üzrə Emiliya Romanya Qran Prisinin sprint yarışında Françesko Banyaya sona 6 dövrə qalmış Xorxe Martini keçərək yarışı qazanıb.
F.Alonso: Sinqapur bizə uyğun deyil
Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, Sinqapur Qran Prisindən onları çox çətin həftəsonu gözləyir.
Banyaya vətənində rekordla poul qazanıb
MotoGP üzrə Emiliya Romanya Qran Prisində Françesko Banyaya Misanida dövrəvi rekodr qıraraq, poul qazanıb.
Norris yenə hamıdan sürətlidir
Formula 1 üzrə Sinqapur Qran Prisinin üçüncü sərbəst yürüşlərində Lando Norris hamıdan sürətli olub. İkinci yeri Corc Rassell, üçüncü yeri Oskar Piastri tutub.
Akosta və Kuartararo sürpriz ediblər
MotoGP üzrə Emiliya Romanya Qran Prisinin şənbə günü keçirilən sərbəst yürüşlərində heç kimin gözləmədiyi halda Pedro Akosta və Fabio Kuartararo zirvədə yer alıblar.
L.Norris: Ferrari güclüdür
McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Ferrari ilə mübarizə aparmaq üçün lazımi addımları atıblar.
Ş.Lekler: Görüləsi işlər var
Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, onlar Sinqapur Qran Prisinə yaxşı başlasalar da, görüləsi çox işləri var.
McLaren arxa qanadı dəyişəcək
McLaren komandası mini DRS-li arxa qanad dizaynını FİA-nın tələbi ilə dəyişdirəcək.