Formula 1 üzrə Sinqapur Qran Prisinin üçüncü sərbəst yürüşlərində Lando Norris hamıdan sürətli olub. İkinci yeri Corc Rassell, üçüncü yeri Oskar Piastri tutub.
MotoGP üzrə Emiliya Romanya Qran Prisinin qalibi son dövrədə Xorxe Martini aqressiv hücumla keçən Enea Bastyanini olub. O, Ducati-yə 100-cü qələbəni və 2024-cü ildə Mühəndislər Kubokunu qazandırıb.
Mercedes komandasının sürücüsü Lyuis Həmilton Sinqapurda mətbuat konfransında söyüş söyən və buna görə ictimai cəza alan Maks Ferstappenə dəstək olub və rəqibinə deyib ki, o cəzanı diqqətə alma.
On komandadan doqquzu buraya yeniliklər gətirib. Ferrari cümə günü ən sürətli komanda kimi görünüb və bundan razı qalan azarkeşlər şənbə günü səhərdən tribunalara axışıblar.
MotoGP üzrə İndoneziya Qran Prisinin əsas sərbəst yürüşlərində Ducati komandasından Enea Bastyanini zirvədə olub. Onu Pramac Ducati komandasından Xorxe Martin izləyib.
MotoGP üzrə İndoneziya Qran Prisinin sprint yarışının qalibi Ducati komandasından Françesko Banyaya olub. Enea Bastyanini ikinci, Mark Markes üçüncü olub.
Formula 1-də Sinqapur yarışından sonra biraylıq fasilə yaransa da, fasilə sakit keçmədi. Əksəriyyətin sevimlisi olan Daniel Rikkardo RB tərəfindən göndərildi və onun əvəzinə gənc Liam Louson gətirildi. Bəs Lousonun...