Montsada həftəsonu həmişə maraqlı olur. Bu dəfə isə yeni çəkilmiş asfalt öz sürüşkənliyi ilə vəziyyəti həm çətinləşdirib, həm də daha maraqlı edib. Sürücülər dəfələrlə səhvlərə və qəzalara yol veriblər.
Mark Markes Araqonda Pedro Akosta və Françesko Banyayanı böyük fərqlə qabaqlayaraq poul qazanıb. Xorxe Martin isə yıxılmasına baxmayaraq yarışa dördüncü yerdən başlayacaq.