Xəbəri Kokpitdə Oxuyun!

Lamborghini Huracan-ın xələfi təqdim olunub

Montereydə keçirilən Avtomobil Həftəsində Lamborghini yeni superkarını – brendin tərkibində Huracan modelini əvəz edəcək Temerario hibridini təqdim edib.

Güc qurğusu üç elektrik mühərriki ilə birlikdə işləyən iki turboşarjlı dörd litrlik V8 mühərrikinə əsaslanır. Mühərrikin ümumi gücü 676 kVt (920 at gücü) təşkil edir. Lamborghini Temerario 100 km/saata 2,7 saniyəyə sürətlənir və maksimal sürəti 343 km/saatdır.

Şirkət vurğulayır ki, Temerario ilə yaradıcılar aerodinamik səmərəliliyin yeni zirvələrinə çata biliblər və avtomobillərinin dizaynının inkişafında daha bir addım atıblar. Bundan əlavə, Temerario yeni, daha sərt çərçivə alıb və sələfindən daha geniş olub.

Temerario Lamborghini-nin hazırkı seriyasında üçüncü hibrid avtomobildir. Onun flaqmanı Revuelto olaraq qalır və hibrid V12-si 747 kVt (1015 at gücü) istehsal edir. Aprel ayında şirkət Urus SE hibrid krossoverini (456 kVt və ya 620 at gücündə) də təqdim etmişdi.

Xatırladaq ki, Temerario modelinin adı hələ aprel ayında elan edilmişdi.

Elçin Zodorov

Şərh əlavə et