Bugatti Tourbillon tamamilə yeni şassidə qurulub və şirkətin tarixində hibrid güc qurğusu ilə hərəkətə gələcək ilk avtomobildir.
Avtomobilin güc qurğusu ikisi ön oxda yerləşən üç elektrik mühərriki ilə tamamlanan 8,3 litrlik atmosferli V16 mühərrikinə əsaslanır. Daxili yanma mühərrikinin gücü 1000 at gücüdür və bu göstərici elektrik mühərrikləri ilə birlikdə 1800-ə qalxır – yəni W16 mühərrikindən güc alan Bugatti Chrion Super Sport 300+ modelindən 200 at gücü çox. Yeni model 100 km/saata iki saniyəyə, 200 km/saata isə beş saniyədən az vaxta sürətlənir. Hiperkarın maksimal sürəti 445 km/saatdır.
Avtomobilin təqdimatında birləşmiş Bugatti Rimac d.o.o. şirkətinin rəhbəri Mate Rimak qeyd edib ki, Tourbillon və Chiron-da vahid ümumi detal yoxdur. Bununla yanaşı, Rimak avtomobilin çəkisinin az olmasını mühəndislərin əsas nailiyyəti hesab edir. Onun sözlərinə görə, elektrik mühərriklərinin çəkisi 300 kiloqramdır, lakin mühəndislər hibrid güc qurğusunun ağır olmasına baxmayaraq, avtomobilin digər hissələrini yüngülləşdirməyə nail olublar ki, o, Chiron-dan daha yüngül olsun.
Mate həmçinin ön kənarı oturacaqların altında yerləşən böyük arxa diffuzoru qeyd edib. Bu həll sayəsində mühəndislər avtomobilin kuzovuna qanad forması verə və hava axınını optimallaşdıra biliblər. Bugatti Tourbillon cəmi 250 ədəd buraxılacaq və istehsala 2026-cı ildə başlanılması planlaşdırılıb. Qiymətinin isə ən azı 3.8 milyon avro olacağı gözlənilir…
Şərh əlavə et