Xəbəri Kokpitdə Oxuyun!

D.Marrafuski: Yarışda komandalar strategiyalarını yenidən nəzərdən keçiriblər

Pirelli Zandvortda komandaların strategiyasına təəccüblənib və seçilmiş qərarlara təsir edən amilləri açıqlayıb…

Dario Marrafuski: “Zandfortda yarış strategiya baxımından maraqlı və gözlənilməz alınıb. Həftəsonunun əvvəlki sessiyalarının nəticələrini təhlil edən komandalar iki və ya üç pit-stoplu strategiya seçərək yanaşmanı yenidən nəzərdən keçiriblər. Məsafədə əlçatan olan hər üç tərkibdən istifadə edilib.

Hava da öz rolunu oynayıb. Startdan əvvəl gözlənilməz leysan yarışın gedişində asfaltla ilişmənin yaxşılaşmasına mane olub və temperatur profilini dəyişib; o, sprint zamanı olduğundan nəzərəçarpacaq dərəcədə yüksək olub.

Əvvəllər nisbətən az olan təkər aşınması yarışda yağışdan sonra sürüşkənləşən trasın vəziyyətinin pisləşməsi səbəbindən artıb. Yarış bərpa olunandan sonrakı bölümün ardından komandalar şəraitin bir pit-stopla yaxşı yarış keçirməyə imkan verməyəcəyini anlayıblar və pilotları üçün ən səmərəli təkər kombinasiyalarını axtarıblar.

İlk qırmızı bayraqdan sonra strategiyanın demək olar on fərqli variantını gördük, üstəlik, hətta lider komandalar arasında da nəzərəçarpacaq fərqlər var idi. Məsələn, Louson ümumiyyətlə Hard təkərlərdən istifadə etməyib, McLaren-də isə restart üçün Medium təkərləri taxmamaq qərarına gəliblər. Bununla yanaşı, Lekler kimi bəzi pilotlar əlçatan olan hər üç tərkibi işə salıblar.

Nəticədə strategiya baxımından son dərəcə maraqlı yarış izlədik: komandalar hər biri müəyyən şəraitdə effektiv olan təkər tərkiblərinin xüsusiyyətlərindən istifadə ediblər. Bu baxımdan Antonelli və Ferrari pilotlarının son bölümdə Soft təkərlərdən istifadə etməsi xüsusilə əyani nümunə olub. Bu, onlara birbaşa rəqibləri ilə fərqi azaltmağa, gənc italiyalının halında isə hətta komanda yoldaşını keçməyə imkan verib”.

Gilənur Hüseynova

Şərh əlavə et