Karlos Sayns: “İlk növbədə, yarışın sonunda baş verən toqquşmaya görə Aleksdən və komandadan üzr istəmək istəyirəm. Çox yeyilmiş Hard dəstində idim, birinci döngə öncəsi əyləclənmədə kələ-kötür yerə düşdüm, təkərləri blokladım və maşını vaxtında saxlaya bilmədim. Əlbəttə, onsuz da çətin keçən həftəsonunu başa vurmaq üçün bu, ən pis ssenari idi. Aleksdən və komandadan bir daha üzr istəyirəm.
Ümumilikdə, bütün həftəsonu ərzində yaxşı temp tapmaqda çətinlik çəkmişik. Problemlərin səbəbini tapmaq üçün çoxlu testlər keçirməli olurduq. Buna görə geridə qalan tərəf olduq və bu gün mübarizə apara bilmədik. Müsbət məqam kimi komandanın qarşıdakı yarışlarda istifadə edəcəyimiz bir neçə həll tapmasını göstərmək olar. Buna görə Montsada daha güclü qayıdacağımıza ümid edirik”.
Aleks Elbon: “Boş trasda maşın yaxşı idarə olunurdu və tempimiz pelotonun orta qrupunun tempinə yaxın idi, bu da müsbət haldır. Karlosla toqquşma yarış insidenti idi. Hər ikimiz döngəyə girirdik və o, təkərləri blokladı. Həftəsonunu belə bitirmək istəmirdik və bu, komandaya lazım olan şey deyil, amma nə baş veribsə, verib. Belə hallarda adətən olduğu kimi, hər şeyi birlikdə müzakirə edəcəyik.
Bugünkü strategiyanı təhlil etmək lazımdır, çünki Fernando Alonso ilə mübarizə aparırdıq, o isə finişə öndə çatdı. Düşünürəm ki, biz sadəcə öz yarışımızı davam etdirmək əvəzinə, potensial anderkata reaksiya verərək ilk pit-stopu çox tez etdik.
Nəticədə daim çirkli havada və mavi bayraqlar altında getməli oldum, buna görə ikinci bölümüm xaotik alındı. Komanda ilə birlikdə hər şeyi təhlil edəcəyik və Montsada daha təmiz həftəsonuna ümid edəcəyik”.




Şərh əlavə et