Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Veqasda xatirələrim var

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Las Veqasda yaxşı xatirələri var.

Niderlandlı sürücü ötən il Las-Veqasda vaxtından əvvəl dördüncü çempionluğunu qazanmışdı və bu həftə də uğurlu çıxış etməyə ümid edir…

Maks Ferstappen: “Brazilyadakı son yarış xüsusi alındı. Podiuma çıxacağımı düşünmürdüm, amma komanda ilə birlikdə toparlanıb bunun öhdəsindən gəldik, heç vaxt təslim olmadığımızı sübut etdik. Mövsüm başa çatır, öndə ardıcıl üç yarışdan ibarət final seriyası var. İtiriləcək heç nəyimiz yoxdur, mübarizəni davam etdirəcəyik və mümkün qədər yaxşı çıxış etməyə çalışacağıq.

Las-Veqasda aşağı asfaltayatma gücünə malik sürətli bir tras var. Temperatur kifayət qədər aşağı olacaq, təkərlərin işini diqqətlə nəzarətdə saxlamaq lazımdır. Bu trasla bağlı yaxşı xatirələrim var, keçən il Las-Veqasda çempionluq titulunu qazanmışdın və bazar günü yaxşı nəticə əldə etməyə ümid edirəm”.

Yuki Tsunoda: “Las-Veqas həftəsi həmişə bir az dəlisov keçir, adi yarış həftələrindən fərqli olur və bunun səbəbi təkcə şəhərin özünəməxsusluğu deyil. Soyuq hava müəyyən problemlər yaradır, maşının işləməsi üçün müxtəlif sazlamalar yoxlamaq lazım gəlir.

Brazilyadakı yarış mənim üçün çətin keçdi, amma tempim pis deyildi. Əgər bunu burada təkrarlaya bilsəm və insidentlərdən qaça bilsəm, liderlər arasında ola biləcəyəm.

Braziliyadan sonra qalan üç mərhələyə mümkün qədər yaxşı hazırlaşmaq üçün çoxlu simulyator məşqləri etmişəm”.

Rauf Hacıyev

Şərh əlavə et