Bununla belə, seriyanın azarkeşləri 2026-cı ilin maşınları, pilotları və trasları olmadan qalmayacaq. Növbəti mövsüm F1 2025 oyununa əlavə paket (DLC) kimi təqdim edilib. Bu əlavənin Formula 1 mövsümü başladıqdən sonra istifadəyə veriləcəyi gözlənilir.
Codemasters-in baş kreativ direktoru Li Mazer qərarı belə izah edib: “F1 25 inanılmaz dərəcədə uğurlu oyun oldu. Formula 1-in həm trasda, həm də trasdan kənarda sürət qazandığını nəzərə alsaq, gələcəyə baxmaq və yeni planlar qurmaq üçün ən doğru vaxtdır. Biz EA Sports F1 franşizasına tam sadiq qalmışıq. Uzunmüddətli planımıza 2026-cı il mövsümünü genişləndirmə paketi kimi təqdim etmək və 2027-ci ildə oyun prosesini yenidən düşünərək oyunçulara daha çox imkan yaratmaq daxildir”.
Studiyadan bildirilib ki, F1 2027 oyunçulara yenilənmiş təcrübə təqdim edəcək, həm franşizanı illərlə izləyənlərin sevdiyi elementləri genişləndirəcək, həm də Formula 1-in müasir dövrünün həyəcanını yeni oyunçular üçün daha əlçatan edəcək.

Şərh əlavə et