Sauber qarşıdakı Las-Veqas həftəsonu üçün bolidlərinin xüsusi versiyasını nümayiş etdirib. Komanda bu dizayna “Final döngəsi” adını verib, çünki mövsüm ərzində keçirilən üçüncü belə aksiyanın sonuncusudur.
Komandanın fikrincə, yeni rəng çaları sürət, ritm və temp assosiasiyası yaradıb, həmçinin burada Formula 1-in simvollarından biri olan dama-dama bayraq motivindən istifadə olunub. Sauber bu cəsarətli dizaynın mövsüm boyunca əldə etdikləri irəliləyişi özünəməxsus şəkildə əks etdirdiyini vurğulayıb.
Komandanın rəhbəri Conatan Vitli təqdimatla bağlı belə deyib: “Las-Veqas tam fərqli enerjiyə malik yarışdı — şou, dinamika, sərhədləri bir az da irəli çəkmək… Biz bütün bunları yeni rəng çalarımızda göstərməyə çalışmışıq”.
Vitli əlavə edib ki, “Final döngəsi” dizaynı komandanın ruhunu, hər uğuru yolda bir mərhələ kimi qəbul edən yanaşmasını simvolizə edib “Mövsümün sonuna yaxınlaşırıq və bunu parlaq şəkildə qeyd etmək istəyirik”.




Şərh əlavə et