Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri xüsusi dəbilqəsini təqdim edib

Oskar Piastrinin ilk ciddi idman uğuru radiodən idarə olunan kiçik maşınlarla keçirilən Avstraliya çempionatında qazandığı titul olub. O, bunu 2010-cu ildə, cəmi 9 yaşı olanda qazanıb.

McLaren-in pilotu həmin xatirəni yenidən yada salıb və Las Veqas Qran Prisində istifadə edəcəyi dəbilqəni məhz o kiçik maşının rənglərinə uyğun hazırladıb.

Oskar Piastri: “Yeni dəbilqəmi təqdim edirəm, amma narahat olmayın – üzərində o oyuncaq maşından olmayacaq!” – deyə o zarafatla bildirib.

“Amma dəbilqə tam olaraq ona həsr olunub, çünki 2010-cu ildə Avstraliya çempionu olduğum həmin maşının rəngləri məhz belə idi.

Niyə bunu Las Veqasa gətirmişəm? Çünki həmin uğurun üzərindən düz 15 il keçir. Bu mənim üçün çox xüsusi xatirədir. Bu, karyeramın ilk qələbəsi idi. Ona görə dəbilqə də onun şərəfinə hazırlanıb. Ümid edirəm, xoşunuza gələcək. Bir az fərqli görünür, ancaq məncə, möhtəşəmdir!”

Rauf Hacıyev

Şərh əlavə et