Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri Don Award mükafatını alıb

Oscar Piastri hələ dünya çempionu olmayıb, lakin o, titula iddia edən pilotlardan biri kimi qalmaqdadır. Amma Avstraliyada artıq ölkənin ən yüksək idman mükafatını olan Don Award-ı alıb.

Bu mükafat 1998-ci ildə avstraliyalı kriket əfsanəsi ser Donald Bredmenin şərəfinə təsis edilib və hər il ölkəni həmin mövsümdə “ən çox ilhamlandıran” idmançıya təqdim olunur. McLaren-in pilotu bu il Formula 1-də yeddi qələbə qazanıb. Bu isə komanda yoldaşı Lando Norris eyni say deməkdir, amma çempionatda liderlik birinci yerdədir.

Avstraıiyalı pilot ardıcıl 5 yarışda podiumsuz qalsa da, bu fakt mükafat komitəsinin seçimində heç bir rol oynamayıb və Don Award məhz ona verilib. Təqdimat mərasimi bazar ertəsi axşamı Melburnda keçirilib. Qeyd edək ki, Piastri bu mükafatı qazanan ilk avstraliyalı avtoidman təmsilçisi olub.

Oskar mərasimdə şəxsən iştirak edə bilməyib, çünki hazırda Las Veqas Qran Prisindən əvvəl hazırlıq prosesindədir və planetin digər tərəfindədir. Mükafatı onun adından valideynləri götürüblər, özü isə video vasitəsilə təşəkkürünü çatdırıb.

Oskar Piastri: “Ser Donaldın adını daşıyan mükafatı qazanmaq böyük şərəfdir. Bu mükafatın nə qədər vacib olduğunu başa düşürəm. Ölkəmizi dünya səhnəsində təmsil etmək həmişə inanılmaz hissdir və avstraliyalı idmançılar adətən böyük nəticələr göstərirlər. Dəstəyiniz üçün sizə təşəkkür edirəm!”

Mükafatı qəbul edən atası Kris Piastri deyib: “Anası onun avtoidman girişinə sevinməmişdi, əslində mən də o qədər sevinmirdim. Amma o inadkarlığı ilə pilot olub, bu isə tamamilə onun şəxsi zəhmətinin nəticəsidir. Titul uğrunda sonadək mübarizə aparmağa köklənib. Üstəlik, daim təvazökar qalıb, bu xüsusiyyəti ona uşaqlıqdan xasdır. Beş dünya çempionluğu qazansa belə, Oskar heç vaxt dəyişməyəcək”.

Anası Nikole isə Formula 1 yarışlarına televizordan baxarkən çox həyəcan keçirdiyini etiraf edib: “Bu idman analar üçün deyil. Açığı, Oskarın qolfçu və ya tennisçi olmasını daha çox istərdim. Amma o uşaqlıqdan həvəslə yalnız yarışlara bağlanmışdı, mən də ona dəstək oluram. Yarış zamanı, xüsusən startda nəbzim təhlükəli dərəcədə artır!”

Nikole çıxışını zarafatla tamamlayıb: “Əgər ondan nəsə xahiş edəcək olsam, yəqin ki, tək istəyim bu olar: qoy oğlum anasına bir az tez-tez zəng etsin”.

Rauf Hacıyev

Şərh əlavə et