Yenilikçi dizaynları və qabaqcıl texnologiyaları ilə dünyanın aparıcı lüks avtomobil markalarından biri kimi tanınan Hongqi-nin Galatasaray-la əməkdaşlığı, şirkətin Türkiyədəki mövqeyini daha da gücləndirməklə yanaşı, markanın idmana və güclü dəyərlərə verdiyi əhəmiyyəti də ön plana çıxarıb.
Yeniköy Motors-un təqdimatı ilə Türkiyə bazarında fəaliyyətini genişləndirən Hongqi Türkiyə, bu əməkdaşlıq vasitəsilə markanın prestijini idman dünyası ilə birləşdirərək daha geniş kütlələrə çatmağı hədəfləyir.

Hongqi Türkiyənin Marketinq üzrə rəhbəri Melisa Demirkol bildirib ki, Galatasaray kimi köklü bir klubla əməkdaşlıq qurmağın şirkətin Türkiyədəki inkişafında çox önəmli bir mərhələdir.
Melisa Demirkol: “Bu əməkdaşlıq sayəsində Hongqi-nin qabaqcıl texnologiyasını və elektrikli mobillik üzrə davamlılıq vizyonunu ölkənin ən böyük azarkeş kütlələrindən biri ilə bir araya gətiririk. İstifadəçilərimizə həm üstün texnologiya, həm də fərqli bir təcrübə təqdim edərək sektorda yenilik yaratmağı məqsəd qoyuruq. Hongqi-nin qlobal səviyyədə sahib olduğu nüfuzu ölkəmizdə də möhkəmləndirməyə çalışırıq. Bu əməkdaşlıqla markanın gələcəyə dair baxışını, yenilikçi dizayn anlayışını və ekoloji yanaşmasını daha çox insana çatdıracağıq”.

Yeniköy Motors-un baş direktoru Özgür Konuk da Galatasaray-la eyni yolda irəliləməkdən qürur duyduqlarını bildirərək, “Bu əməkdaşlığın Hongqi-nin Türkiyədəki inkişafına ciddi təkan verəcəyinə inanırıq” deyə qeyd edib.

Şərh əlavə et