Xəbəri Kokpitdə Oxuyun!

Williams qara rəngə boyanıb

Williams komandası Las-Veqas Qran Prisinə xüsusi hazırlanmış yeni rəng çalarını təqdim edib.

Bu dəfə Karlos Sayns və Aleks Elbonun sürəcəyi FW47 əsasən parlaq qara rəngdə olacaq. Rəng seçimi komandanın titul sponsoru Atlassianın generativ İA əsaslı yeni məhsulu Rovoya həsr olunub. Williams bildirir ki, bu dizayn həm Las-Veqasın parıltısını, həm də Rovo-nun sürət və gücünü vurğulamağa xidmət edir.

 

Komandanın rəhbəri Ceyms Vavlz bu barədə belə deyib: “Bu təsirli dizayn Atlassian-la əməkdaşlığımızın daha bir nümunəsidir. Onlar bizim texnoloji transformasiyamızı sürətləndirməyə və Williams-ı yenidən liderliyə qaytarmağa kömək edirlər. Bunun təqdimatı üçün Las-Veqasdan daha simvolik bir məkan tapmaq çətindir, çünki bura dünyanın ən texnoloji şəhərlərindən biridir”.

Williams bu il bir neçə Qran Pri üçün rəng çalarını dəyişmişdi. Ostində FW47 Atlassian-ın şərəfinə 2002-ci ilin tarixi mavi-ağ rənginə boyanmışdı, San-Pauluda isə bolidlər “Gulf” şirkətinin sponsor rənglərinə uyğunlaşdırılmışdı.

Rauf Hacıyev

Şərh əlavə et