“Formula 1 Komandası” adlı dəst Las-Veqas Qran Prisi ərəfəsində — 20 noyabr cümə axşamı satışa çıxarılacaq. Dəstdə çempionatın bütün 10 komandasının rəsmi simvolları ilə hazırlanmış kombinezonlar, deltapanlar və çiyin alətləri yer alıb. Oyunçular həmçinin öz kostyumlarını bəzəmək üçün Formula 1-in rəsmi loqotipini və xüsusi qələbə emojisini əldə edib.
Formula 1 rəhbərliyi hesab edir ki, Fortnite ilə əməkdaşlıq oyun və avtoidman həvəskarlarını yeni, interaktiv formada bir araya gətirəcək.
Formula 1-in kommersiya direktoru Emili Preyzer belə deyib: “Fortnite ilə innovativ əməkdaşlıq azarkeşlərlə ünsiyyət qurmağın daha bir yoludur və gözlənilməyən platformalarda görünmək imkanı yaradacaq. Biz daim auditoriya ilə əlaqəni gücləndirmək üçün yeni və həyəcanverici yollar axtarırıq ki, idmanımız azarkeşlərin digər maraqlarından kənarda qalmasın.
Son illərdə Fortnite dünyanın ən böyük brendləri, idman ulduzları və serialları ilə əməkdaşlıq edib. Buna görə də biz çox şadıq ki, bu yeni inteqrasiya oyun sevərlər üçün bizim kontenti ilboyu izləmək və idmana sevgilərini daha da möhkəmləndirmək imkanı verib”.




Şərh əlavə et