Xəbəri Kokpitdə Oxuyun!

Mercedes-in yeni səhmdarı məlum olur

Son günlər mətbuatda Mercedes-AMG F1-in rəhbəri Toto Volffun komandadakı 33 faizlik payının bir hissəsini satmağı planlaşdırdığı barədə məlumat yayılmışdı. Həmin vaxt alıcının kimliyi açıqlanmamışdı, lakin Financial Times artıq bu şəxsin kim olduğunu üzə çıxarıb.

Məlum olub ki, Toto Volffun payından bir hissəni almaq üçün danışıqları CrowdStrike şirkətinin həm-təsisçisi və baş direktoru Corc Kurts aparır. CrowdStrike 2019-cu ildən Mercedes-in əsas sponsorlarından biridir. Komandanın maşınlarında və pilot kombinezonlarında şirkətin loqotipi var, həmçinin şirkət komandanın rəqəmsal infrastrukturunun kibertəhlükəsizliyini təmin edir.

Corc Kurts böyük avtoidman həvəskarıdır və FIA-nın bronz yarışçı lisenziyasına sahibdir. O, GT World Challenge və IMSA kimi seriyalarda çıxış edib, 2023-cü ildə isə Le Man 24 Saat yarışında LMP2 Pro-Am kateqoriyasında qalib gələn ekipajın üzvü olub.

Financial Timesın məlumatına görə, Corc Kurts Toto Volfun payından 5 faiz almağı planlaşdırır. Əməliyyat baş tutduqdan sonra Toto Volf həm icraçı direktor, həm də Mercedes F1 komandasının rəhbəri vəzifələrini icra etməyə davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et