Xəbəri Kokpitdə Oxuyun!

T.Volff səhmlərini satır

Mercedes komandasının rəhbəri və şəriki Toto Volff hazırda komandadakı payının bir hissəsini satmaq üçün danışıqlar aparır. Bu barədə vəziyyətlə tanış bir neçə mənbəyə istinadən Sportico nəşri məlumat yayıb.

Hazırda Toto Volf komandadakı 33 faiz payın sahibidir. Mercedes Formula 1 komandasının ümumi dəyəri təxminən 6 milyard ABŞ dolları civarında qiymətləndirilir. Bildirilir ki, adı açıqlanmayan bir investor Volfun şəxsi şirkəti vasitəsilə təxminən 10 faiz pay almaq niyyətindədir.

Məsələ ilə bağlı rəsmi sorğuya cavab olaraq Mercedes komandası qısa açıqlama yayıb: “Biz bu barədə şərh verməyəcəyik. Komandanın idarə heyətində heç bir dəyişiklik olmayacaq. Hər üç tərəfdaş – Mercedes-Benz, Toto Volf və INEOS – Mercedes-in Formula 1-də gələcək uğurlarına tam sadiq qalır”.

Rauf Hacıyev

Şərh əlavə et