Xəbəri Kokpitdə Oxuyun!

Tsolov son iki yarışda Martini əvəz edəcək

Formula 2 komandası Campos Racing mövsümün son iki mərhələsi – Qətər və Əbu-Dabidə heyət dəyişikliyi edəcəyini açıqlayıb. Bu yarışlarda Xose-Mariya Martinin yerinə Nikola Tsolov yarışacaq və o, Arvid Lindbladın komanda yoldaşı olacaq.

Komanda daha öncə bolqar pilotla 2026-cı il üçün müqavilə imzalayıb, indi isə ona təcrübə qazanmaq və yeni maşını əvvəlcədən sınaqdan keçirmək imkanı verib.

Nikola Tsolov: “Artıq bu il Formula 2-də iki mərhələdə iştirak etmək fürsəti mənim üçün xoş sürpriz oldu! Mənə inandıqları üçün Campos və Red Bull-a minnətdaram.

Çox çalışıram və bu addıma hazır olduğumu hiss edirəm. Əlimdən gələn qədər çox öyrənməyə və 2026-cı ildə işimə yarayacaq təcrübə toplamağa çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et