San-Paulu Qran Prisində Lando Norrisin qələbəsindən sonra sosial şəbəkələrdə Racing Bulls komandasının bir əməkdaşının azarkeşləri mükafatlandırma mərasimi zamanı çempionat liderini fitə basmağa çağırdığı görünən video yayılıb. Komanda hadisədən sonra rəsmi üzr istəyib.
Racing Bulls paylaşımında bildirib: “Bu həftəsonu podiumda çəkilmiş videodan xəbərdarıq. O görüntü komandamızın dəyərlərini və Racing Bulls ruhunu əks etdirmir. Məsələ şirkət daxilində həll olunub. Biz inanırıq ki, əla yarışlardan zövq almaq və istər trasda, istərsə də onun hüdudlarından kənarda hər bir pilot, komanda və azarkeşə hörmət göstərmək vacibdir”.




Şərh əlavə et