Britaniyalı sürücü üçün bu, artıq dördüncü sərbəst yürüş təcrübəsi olacaq. Ötən il o, Əbu-Dabidəki ilk məşqdə Elbonu əvəz edərək Williams-ın sükanı arxasına keçmişdi. Bu mövsümdə isə Brauninq Bəhreyn və Mexiko Qran Prilərinin ilk sessiyalarında Saynsı əvəz edib.
Lyuk Brauninq: “Əbu-Dabidə məni unudulmaz bir yarış həftəsi gözləyir. Mən Formula 2-də titul uğrunda mübarizəni davam etdirəcəyəm və FW47-nin sükanı arxasına qayıdacağam. Bu çağırışdan zövq almağa çalışacağam.
Gənc pilotların testlərində iştirak mənə 2026-cı ilə hazırlıq prosesində komandaya son dəfə kömək etmək imkanı verəcək.
Bu mövsümdə son dəfə Formula 1 komandasının bir parçası olmağı səbirsizliklə gözləyirəm. Mənə etimad göstərdikləri üçün Gənclər Akademiyasına və Williams-a təşəkkür edirəm”.




Şərh əlavə et