Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Yox ola bilməzdim

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, yarış ərzində tempi istədiyi kimi olmayıb.

Avstraıiyalı sürücü Braziliua yarışınş beşinci pillədə başa vurub və Kimi Antonelliyə qarşı insident barədə danışıb:

Oskar Piastri: “Antonelli ilə toqquşmaya gəlincə, peşman olmalı bir şeyim yoxdur. Aydın bir fürsət gördüm və mövqe qazanmağa çalışdım.

Kənar trayektoriyada gedən iki pilot çox gec əyləclədi. Əlbəttə, o döngədə bir az təkəri blokladım, amma Kiminin mənə trasda heç yer buraxmayacağını gördüm. Mən də yox ola bilməzdim, lakin qərar verilib, nə varsa, odur.

Sadəcə əlimdən gələni etdim, ancaq aldığım cəza problemlərdən yalnız biri idi. Üstəlik, tempim istədiyim kimi deyildi. Yarışın ikinci yarısı nisbətən yaxşı keçdi, amma ilk hissədə bir az çətinlik yaşadım.

Bütün bunlara baxmayaraq, yenidən toparlanmağa çalışdım, çünki hər yarış həftəsonu hədəfim işimi ən yaxşı şəkildə görməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et