Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Məqsədimiz aydındır

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, əyləclərin çox qızmasına görə Maks Ferstapenlə mübarizədə geridə qalıblar.

Britaniyalı sürücü Braziliyada keçirilən yarışda dördüncü yeri tutub və mövsümün sonuna doğru komanda hədəflərindən danışıb:

Corc Rassell: “Bu mənim üçün çətin həftəsonu idi. Maşını idarə etmək və ön sıralarda mübarizə aparmaq üçün lazım olan tempi tapmaqda çətinlik çəkdim. Belə uzun yarışdan sonra dördüncü yer həm mənim, həm də komanda üçün yaxşı nəticədir, xüsusilə də Mühəndislər Kubokundakı mövqeyimizi nəzərə alsaq…

Yarışın sonunda əyləclərin temperaturuna nəzarət etməli oldum, bu da Maks Ferstappenlə podium uğrunda mübarizəni daha da çətinləşdirdi. Amma real baxsaq, düşünmürəm ki, bu dəfə podium üçün kifayət qədər tempimiz var idi.

Mövsümün sonuna hədəfimiz aydındır – Red Bull və Ferrari-ni geridə qoymaq və Əbu-Dabidəki finişdən sonra Mühəndislər Kubokunda ikinci yeri qorumaq. Bu həftəsonu üstünlük yenidən bizim tərəfimizə keçdi və ümid edirəm, son üç yarışda da bu uğuru davam etdirə biləcəyik.

Kimi çox yaxşı performans göstərdi və ikinci yeri tutdu. O, bütün həftəsonu çox sürətli idi və bu, əladır. Biz birlikdə işləməyə davam edib maksimum xal toplamağa çalışacağıq. Ümid edirəm, Yas Marinada damalı bayraq dalğalananda zirvədə olacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et